Bakıda minik maşını belə yandı

Bakıda minik maşını belə yandı

Bakı Dairəvi Yolunda minik avtomobili yanıb. Cars-az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Sədərək” ticarət mərkəzinin yaxınlığında hərəkətdə olan minik avtomobili qəflətən tüstülənərək yanmağa başlayıb. Avtomobilin qadın sürücü tərəfindən idarə olunduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi əməkdaşları və FHN-in yanğınsöndürən briqadası cəlb olunub.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top