15.12.2015
Avtoxəbər
«06»ya benzin doldurub 100-lük verdi; saxta çıxdı
Masallıda saxta pulla alver edən şəxs tutulub. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş «VAZ-2106» markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.
Fərid