Köhnə qarajdan xəzinə çıxdı

Köhnə qarajdan xəzinə çıxdı

Qapısı son dəfə 50 il əvvəl açılmış köhnə, yastı-yapalaq qarajda, sən demə, əsl xəzinə varmış. Orada "Brough Superior" markalı 8 motosikl tapılıb.

"Motosikllərin Rolls-Royce-u" adlandırılan bu motosikllər həddən artıq bahalı, əntiq və nadir ikitəkərli nəqliyyat vasitəsi sayılır.

Qarajda aşkarlanmış 8 motosiklin ilkin satış qiyməti 5 milyon dollardır. Cars-az milli.az-a istinadən bildirir ki, "Brough Superior"lar 1924-1940-cı illərdə dünyanın ən populyar motosiklləri idi.

8 nadir motosikl Britaniyanın Kornuoll qraflığındakı Bodmin şəhərindəki malikanələrdən birinin qarajında idi.

Bu modelin hazırlanmasında tarixə "Ərəbistanlı Lourens" kimi düşən britaniyalı polkovnik-leytenant Tomas Edvard Lourens yaxından iştirak etmişdi.

Lourens 1935-ci ildə, 46 yaşında qəzada həlak olmuşdu.

http://img.milli.az/2015/12/15/390313_02.jpg

http://img.milli.az/2015/12/15/390313_04.jpg

http://img.milli.az/2015/12/15/390313_15.jpg

http://img.milli.az/2015/12/15/390313_09.jpg

http://img.milli.az/2015/12/15/390313_20.jpg

Dostlarınla paylaş


Şərhlər


Top