14.12.2015
Avtoxəbər
"Hallı" sürücü bütün ölkəni çaş-baş salıb
Rusiyada yol polislərinin saxladığı avtomobilin sürücüsü qəribə hərəkətləri ilə maraq oyadıb. Cars-az-ın məlumatına görə, oğlan maşından düşən kimi əlini qulağına apararaq guya telefonla danışırmış kimi ciddi hərəkətlər edib. Daha sonra siqaret qutusunu qulağına tutaraq xeyli danışıb.
Ehtimal olunur ki, gənc sürücü güclü psixotrop maddə sayılan anfitamin qəbul edib. Hazırda isə Rusiya mətbuatı bu oğlanın nə çəkdiyini müzakirə edir.
Fərid