13.12.2015
Avtoxəbər
Bakı-Sumqayıt yolunda ağır qəza
Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyatı hadisəsi baş verib. Cars-az xəbər verir ki, Bakı- Sumqayıt yolunda ağır yük maşını yoldan çıxaraq yol kənarındakı dəmirlərin üzərinə aşıb. Dəmir arakəsmələri dağıdaraq yolun kənarına çıxan avtomobildə yanğın baş verib. Hadisə yedinə FHN-nin yanğınsöndürən-xilasediciləri və polis əməkdaşları gəlib.
Ölən və yaralananlar haqqında məlumat yoxdur.
Fərid