04.03.2016
Avtosfer TV
Yolun ortasında maşından uşaq düşdü – Valideyn səhlənkarlığı
Çində avtomobil yolunda qeyri-adi hadisə baş verib. Сars-az xəbər verir ki, svetoforun qırmızı işığında dayanan avtomobil hərəkət etməyə başlayarkən qəfil maşının yük yerinin qapısı açılıb və 2 yaşlı uşaq yolun ortasına düşüb. Uşağın atası isə bundan xəbərsiz olaraq yoluna davam edibr.
Aparılan araşdırmalar zamanı məlum olub ki, 2 yaşlı uşaq atası ilə maşında gedərkən dəcəllik edib və arxaya keçib. Xoşbəxtlikdən maşın svetaforda dayananda uşaq düşüb. Sən demə, bir neçə gün əvvəl atası maşının arxasını vurduğu üçün qapı xarab imiş. Görüntüləri qeydə alan kameranın olduğu arxadakı maşının sahibi yola düşən uşağı xilas edib və atasına təhvil veriblər.
Fidan