Daha bir icra başçısının maşını 200-lə getdi – AA-001
Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır. Сars-az bir müddət əvvəl reportyor.tv saytına istinadən Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yaymışdı. İcra hakimiyyəti sonradan açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı. Сars-az-ın məlumatına görə, fevralın 29-da, saat 10:25 radələrində çəkilmiş bu videoda isə Ağstafa rayonunun birinci şəxsinin, yəni icra başçısı Məhərrəm Quliyevin 05 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobilinin maksimum sürət saatda 110 km olan yollarda 180-200-lə hərəkət etdiyi əksini tapıb, Düzdür, bu videonu çəkənlər də qayda pozurlar. Amma təəssüflər olsun ki, icra başçısının avtomobili hətta yaşayış məntəqəsində – saatda 90 km sürət rejimi tətbiq olunan ərazidə də 180-200-lə gedir.
Qeyd edək ki, bir müddət əvvəl Mingəçevirin icra başçısının da xidməti maşını saaatda 180-lə gedərkən videosu çəkilmişdi. Bu dəfə isə Ağstafanın icra başçısı Məhərrəm Quliyevin xidməti maşını həmkarını geridə qoydu…
Elmin