Elşad Xose dostu ilə birlikdə piyadanı vurub öldürüb

Elşad Xose dostu ilə birlikdə piyadanı vurub öldürüb

Elşad Xose dostu ilə birlikdə piyadanı vurub öldürüb

Tanınmış reper Elşad Xose ATV kanalında yayımlanan verliş zamanı Afaq Gəncəlinin sualına cavab verərkən peşman olduğu əməlindən danışıb. Reper "indiyə qədər hansısa əməlinizə görə ürəkdən peşman olmusuzmu” sualına "bəli” deyə cavab verib. Elşad Xose bildirib ki, dostu ilə maşında gedərkən bir piyadanı vurublar. Elşad Xose bildirib ki, piyadanı vurduqdan sonra maşını saxlamayıblar. "Düzdür, maşını mən yox, dostum sürürdü. Lakin bu mənim üçün önəmli hadisə idi. Həmin hadisədən sonra çox əzab çəkdim. Şünki həmin hadisənin axırı pis qurtardı”, - deyə Elşad Xose bildirib. Reper bildirib ki, həmin hadisə baş verərkən o cavan olub və əməlindən çox peşman olub: "Onda belə alındı. Bilmirəm cavan idik, uşaq idik, ona görə belə etdik. Amma gərək maşını saxlayardıq. Axırı nə ilə qurtarsa da, maşını saxlamalıydıq”.

Dostlarınla paylaş


Şərhlər


Top