23.02.2016
Avtosfer TV
Avtomobilinin yanacaq sərfiyyatını 2 dəfə azaltdılar
Ucar sakini 60 yaşlı İqbal Bağırov şəxsi avtomobilinə əl gəzdirərək yanacaq sərfiyyatını 2 dəfə azaldıb. O, buna 1982-ci ildən istifadə etdiyi "VAZ-21011" markalı avtomobilinin konstruksiyasında və mühərrikində etdiyi dəyişikliklər nəticəsində nail olub. Əvvəllər 100 kilometrdə 7-8 litr benzin sərf edən “VAZ-21011” indi 3,7 litr istifadə edir. Mühərrikdə dəyişiklik avtomobilin heç bir hissəsinə əks təsir göstərməyib. Sadəcə maksimum sürəti aşağı düşüb. Əslində saatda 160 kilometr olan bu göstərici dəyişiklikdən sonra 130-a düşüb. Orta məktəbi əla qiymətlərlə bitirən İqbal Bağırov ilk dəyişikliyi atasının avtomobilində edib. Hazırdakı maşınına əlavə funksiyalar da quraşdırıb.