17.02.2016
Avtosfer TV
Bakıda maşın piyada qadını belə vurdu – REAL VİDEO
Bakıda yolayrıcında qadın piyadanı maşın vurub. Hadisə anbaan Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınıb. Сars-az-ın nazirlikdən əldə etdiyi videodan da göründüyü kimi, yolayrıcında yolu keçən piyada sürətlə hərəkət edən avtomobil tərəfindən vurulur. Xoşbəxtlikdən sürücü sürəti vaxtında azalda bilir və zərbədən sonra piyada maşının altında qalmadan kənara düşür. Lakin bu situasiyada sürücü sükanı sola çəkib qəzadan yayına da bilərdi. Ən əsası isə yolayrıcını keçən sürücü bu cür sürətlə hərəkət etmədən bu vəziyyətdə piyadaya yol verməli idi.
Həmin görüntüləri təqdim edirik:
Elməddin