Şagirdlər təhlükəli yolla məktəbə gedirlər
Nepalın Dhading kəndində yaşayan şagirdlər məktəbə getmək üçün kənd ilə məktəb yolu arasındakı çayı keçmək məcburiyyətindədirlər. Bu, dünyanın ən təhlükəli yollarından biridir. Çay üzərindən ayaqla keçmək üçün körpü yoxdur, ona görə də kənd sakinləri, o cümlədən şagird və tələbələr həyatlarını təhlükəyə ataraq kəndirdən sallaşaraq çayı keçirlər. "Trişuli" çayını keçmək üçün yeganə yol cod kəndirə birləşdirilmiş taxta sandığa oturmaq və özlərini çəkərək digər tərəfə keçməkdir. Bu kimi təhlükəli yoldan istifadə edən sakinlər, taxtanın kiçik, kəndirin isə çürük olmasından da şikayətlənirlər. Düzgün bir körpü istəyən sakinlər, "ehtiyaclarımızı qarşılamaq üçün bu yoldan istifadə etmək məcburiyyətindəyik, başqa çarəmiz yoxdur",-deyirlər.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
"Xəzərxəbər"