Yanan maşını yanğınsöndürən balonla söndürə bilmədilər – Bakıda
Yanvarın 31-də, səhər saatlarında Böyükşor-Hava limanı yolunda avtomobildə yanğın baş verib. Сars-az saytı 9192 xidmətinə istinadən xəbər verir ki, yanğın 10-VA-113 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobilin mühərrik hissəsini əhatə edib. Avtomobili radiodan adı sürücülərə yaxşı tanış olan Sahil usta söndürüb. O, 5 kiloqramlıq yanğınsöndürənlə alovu nəzarətə götürməyə çalışıb. Lakin yanğınsöndürən balonun içindəki maye bitdiyi üçün əlavə olaraq alovun üstünə su töküblər. Bundan başqa, maşının mühərrik yerindəki kauçuk detalları qoparıb atandan sonra yanğını söndürmək mümkün olub. Videonu paylaşan səhifə qeyd edib ki: "Sahil ustanın 5 kq-lıq yanğınsöndürəni ancaq çatır söndürməyə. 1 kq-lıq gəzdirənlər bir də düşünsünlər».
Həmin videonu təqdim edirik:
Fuad