Kanada sakinləri azərbaycanlı sürücülərin ustalığına heyran oldular – VİDEO
Paytaxtın donmuş yolları və sürücülərimizin davranışına dair internetin Azərbaycan seqmentində yayılmış video okeanın o biri tayına - Kanadaya da çatıb. Сars-az oxu.az-a istinadən xəbər verir ki, yanvar ayının 26-da Report agentliyinin əməkdaşları tərəfindən paytaxtın küçələrindən birində çəkilmiş videokadrlar bir çox dünya KİV-i tərəfindən dərc edilib. Bu kadrlar əsasən Rusiyada müzakirə edilib. Bu gün məlum olub ki, bu kadrların şöhrəti, daha doğrusu sürücülərimizin ustalığı okeanın o biri tayına - Kanadaya da çatıb. Kanadanın KİV-dən biri - CBC News telekanalı bu kadrları Facebook səhifəsində paylaşaraq, “Azərbaycanın avtobus və avtomobilləri buzlu yollarında qəzadan qaçınıblar” şərhini yazıb. Və əlbəttə ki, Facebook-da adətən olduğu kimi bu halda diqqəti videodan çox, Kanadada sosial şəbəkə istifadəçilərinin rəyləri diqqət çəkib. Məsələn, onlardan biri – Deniel Kustçin gördüklərini çox bəyəndiyini yazır: “Sürücünü çox bəyəndim... əla sürür! Hətta Torontoda tranzit avtobus sürücülərindən də yaxşı sürür”. Digər sosial şəbəkə istifadəçisi Ervin Qabriel Ekon Red Bull şirkətini Bakıda video çəkməyə dəvət edib: “Azərbaycanlılar buzlu yollarda maşın sürməyə alışıblar. Red Bull şirkəti onları dünyanın ən ekstremal yollarının sürücüləri kimi çəkə bilər”. Kevin Kovkas: “Mən şokdayam! Heç kimin xəsarət almadığına, heç bir qəzanın baş vermədiyinə inanmaq olmur. Düşünürəm ki, Kalqariyadakı (Kanadada şəhər) ağılsızlar bu vətəndaşlardan dərs almalıdırlar”. Nik Olson: “Avtobus sürücüsü əladır!”. Roman Belousov: “İnsanlar bizimkilərdən fərqli olaraq maşın sürməyi bacarırlar”. Necə deyərlər, bu şərhlərdən sonra bizim nə isə deməyimiz artıq olacaq. Biz Azərbaycanda hansı nəqliyyat vasitəsinin sükanı arxasında oturmasından asılı olmayaraq sürücülərimizdən şikayət edirik, amma xaricdə bizim sürücülər heyranlıq və rəğbətlə qarşılanırlar. Həmin kadrları bir daha diqqətinizə çatdırırıq: