Dəmir arakəsmə «Ford»u bu hala saldı

Dəmir arakəsmə «Ford»u bu hala saldı

Bakı-Sumqayıt yolunda «Ford» markalı mikroavtobus qəzaya uğrayıb. Hadisə şahidlərinin Сars-az-a verdiyi məlumata görə, yükdaşıma ilə məşğul olan və firmalarından birinə məxsus mikroavtobus sürücüsü yüksək sürətlə gedərkən idarəetməni itirib. Nəticədə maşın yol kənarında quraşdırılan dəmir arakəsmələrə çırpılıb. Zərbə güclü olduğundan mikroavtobus arakəsməni də dağıdıb və yoldan çıxıb. Qəza zamanı avtobusun sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top