04.11.2015
Avtosfer TV
«Lada» “Range Rover”i yerindən oynatdı
Cars-az avtolent.az-a istinadən Bakıda baş verən yol qəzasının görüntüsünü təqdim edir. DİN-in «Təhlükəsiz şəhər» xidmətinin kameralarına düşən həmin görüntülərdən belə məlum olur ki, “Range Rover Sport” markalı maşın qaydanı pozaraq “VAZ-21015” markalı avtomobilin yoluna çıxır və dönmə əməliyyatını həyata keçirmək istəyir. Nəticədə “VAZ-21015” markalı maşın “Range Rover Sport”u arxadan vurur. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.