04.11.2015
Avtosfer TV
Sevgililər günü sevgilisini avtomobillə şoka saldı
Türkiyədə sevgilisinə avtomobil hədiyyə edən oğlan maraqlı üsula əl atıb və ona surpriz edib. Cars-az-ın məlumatına görə, sevgilisi ilə avtomobildə getdikləri yerdə başqa bir avtomobil onların qarşısını kəsir. Həmin avtomobilin sürücüsü düşüb sevgililərə yaxınlaşdıqda məlum olur ki, bayaqdan onlara siqnal verən və yolu kəsən qırmızı rəngli avtomobil oğlanın sevgilisinə hədiyyəsi imiş.
Hədiyyəni görən qız əvvəlcə inanmır, sonra isə «aşkım» deyə-deyə oğlanı qucaqlamağa başlayır. Və bir anda maşından düşüb yeni avtomobilinə tərəf qaçır.
Cars-az həmin videonu təqdim edir.
Fidan