04.11.2015
Avtosfer TV
Xanım piyadaya yol verən maşını ikisi birdən vurdu
Cars-az avtolent.az-a istinadən Bakıda baş verən zəncirvarı yol qəzasının video görüntüsünü təqdim edir. DİN-in «Təhlükəsiz şəhər» xidmətinin kameralarına düşən həmin görüntülərdən belə məlum olur ki, “Volkswagen” markalı avtomobilin sürtücüsü piyada keçidində duran bir xanıma yol vermək üçün maşının əyləcinə basır. Sürücü maşını qəfil saxladığı üçün onun arxasınca gələn iki maşın bir-birinə, sonda isə piyadaya yol vermək istəyən avtomobilə dəyir.
Hadisə zamanı maşınlara ziyan dəysə də xəsarət alan olmayıb.