Bakıda qəribə qəza – «Range-Rover»lə «Mercedes»in təkərləri toqquşdu və qırıldı

Bakıda qəribə qəza – «Range-Rover»lə «Mercedes»in təkərləri toqquşdu və qırıldı

Bakıda qəribə qəza – «Range-Rover»lə «Mercedes»in təkərləri toqquşdu və qırıldı

Axşam saatlarında Mehdi Hüseyn küçəsində – Teleteatrın qarşısında iki bahalı avtomobil toqquşub. Hərəkətin sıx olduğu bir vaxtda «Range-Rover» və nömrəsi AA seriyalı olan «Mercedes S-klass» markalı avtomobillər qəza törədib. Cars-az-ın məlumatına görə, «Range-Rover» üzü aşağı düşürmüş, «Mercedes» isə sürətlə yuxarı – Milli Məclisə tərəf qalxırmış. Bu zaman hər iki avtomobil toqquşub. Qəza nəticəsində yolda uzunmüddətli tıxac yaranıb. Qəza zamanı xəsarət alan olmasa da, maraqlısı budur ki, hər iki avtomobil bir təkəri qırılıb. Belə ki, «Range Rover»in arxa sol, «Mercedes»in isə qabaq sol təkərləri kökündən qırılıb. Həmin hadisənin videosunu təqdim edirik:

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top