04.11.2015
Avtosfer TV
Dəmir arakəsmə «BMW»nin qabağından girib arxasından çıxdı
Yüksək sürətlə hərəkət edən «BMW» markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Hadisənin Rusiyada baş verdiyi bildirilir. Cars-az-ın məlumatına görə, sütücü sükan arxasında yuxuladığı üçün sürətlə hərəkət edən avtomobil yoldan çıxıb və dəmir arakəsməyə dəyib. Dəmir lövhə avtomobilin qabaq sağ tərəfindən girərək arxasından çıxıb. Sürət o qədər yüksək olub ki, dəmir arakəsmə avtomobilin arxa şüşəsini və baqajı yerindən qoparıb. Avtomobildə ölən və yaralanan barədə məlumat yoxdur.
Cars-az həmin videonu təqdim edir:
Fidan