04.11.2015
Avtosfer TV
Daha bir «Land Gruiser» aşdı – bir zərbəyə
Bakıda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ağır qəzaya səbəb olub. Həmin qəzanın görüntüləri Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınıb.
Cars-az-ın məlumatına görə, svetoforun qırmızı işığında hərəkəti davam etdirən «Mercedes» markalı avtomobil soldan hərəkət edən «Toyota Land Gruiser» markalı avtomobillə toqquşub. Daha doğrusu, «Mercedes» «Land Gruiser»i arxa-yan tərəfdən vurub. Zərbənin təsirindən «Toyota» aşıb və bir dövrə vurandan sonra dayanıb.
Görüntülərdə «Mercedes»in svetoforun qırmızı işıqda hərəkət etməsi aydın görünür.
Cars-az həmin görüntüləri təqdim edir:
Elməddin