04.11.2015
Avtodünya
Milyarderin azərbaycanlı sevgilisinin lüks həyatı - yaxta və maşınlar
Türkiyə mediasının gündəmində sevgili qalmaqallarında adı hallanan şəxslərdən biri də Ali Ağaoğludur. Cars-az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, bu dəfə Ali Ağaoğlu yox, onun oğlu Alican Ağaoğlunun azərbaycanlı sevgilisinin lüks həyatı gündəmi zəbt edib. Bahalı maşınlar, Bakının mərkəzində yerləşən 5 ulduzlu hoteldə dairə, yaxtalar, brend geyimlər və.s kimi mal varlıqlarına sahib olan azərbaycanlı model Aysel Məmmədova sosial şəbəkədə fenomenə çevirilib. Türkiyədə Alican Ağaoğlu ilə tanış olan, bir müddətdir sevgi münasibəti yaşayan həmyerlimiz Rusiyanın Moskva şəhərində daha çox tanınıb. O, müqavilə əsasında məşhur model agentliyi “Face of future” ilə çalışıb.