04.11.2015
Avtodünya
Stilist Samiraldo özünə «damski» maşın aldı
Qeyri-adi geyim tərzi, etdiyi açıqlamaları ilə müzakirə olunan azərbaycanlı stilist Samiraldo (Samir Əliyev) özünə maşın alıb. Bu barədə Lent.az-a stilistin özü məlumat verib. O, bildirib ki, avtomobil idarə etmək üçün 4-5 ay müəllim yanına gedib: “Dostlarım hər zaman deyirdilər ki, maşın al. Amma avtomobil idarə edə bilmədiyimə görə almaq istəmirdim. Qorxurdum. İşlərim çox olduğuna görə maşın lazım oldu. Məcbur olub təlimə getdim. Maşın sürməyi öyrəndim. Avtomobil idarə eləməyi tam öyrəndiyimə görə, bu gün maşın aldım”.