Rüfət Axundovun avtomobil sevgisi

Rüfət Axundovun avtomobil sevgisi

Müğənni Rüfət Axundov avtomobil sevgisindən bəhs edib. Cars-az xəbər verir ki, bu barədə axşam-a açıqlama verən sənətçi hobbisinin maşın və geyim olduğunu bildirib: "Həyatda tək marağım avtomobillər və geyimdir. Qorxuram ki, dünyamı tez dəyişərəm, doyunca istədiyim maşınları sürmərəm. Ona görə də tez-tez avtomobilimi dəyişirəm. Nəsə yeni maşın çıxırsa, alıram, 5-6 ay sürüb satıram".

Yay istirahətindən söz açan R.Axundov Pattaya adasında dincələcəyini bildirib: "Bölgələrimizdə dincəldim. Şamaxıda, Xaçmazda oldum. Hər il xaricə gedirdim, indi isə Bakıda hər şey var: hovuz, otel, dəniz. Amma bu yaxınlarda dostlarımla Pattaya adasına gedəcəm. Neçə vaxtdır ailəmlə dincəlirəm, indi dostlarıma vaxt ayıracam".

http://img.milli.az/2015/07/10/355875_01.jpg

http://img.milli.az/2015/07/10/355875_02.jpg

http://img.milli.az/2015/07/10/355875_03.jpg

Dostlarınla paylaş


Şərhlər


Top