04.03.2016
Avtodünya
Azərbaycanlı model milyonluq avtomobillərin əhatəsində
Azərbaycanlı model, "Miss Millenium" Validə Abbasova İsveçrədə avtomobil sərgisində iştirak edib. Model bu haqda "Instagram" hesabında məlumat verib. O iştirak etdiyi sərgidəki avtomobillərdən fotolarını paylaşıb. Dostu ilə fotosunu paylaşan Abbasova "Maşını da aldım, oğlanı da (zarafat edirəm)" şərhini yazıb. O bildirib ki, qadınlar üçün təşkil olunan avto sərgidə bəyəndiyi maşınlar olsa da ala bilməyib.
Qeyd edək ki, Validə Abbasova qızının təhsili ilə əlaqədar bir müddətdir İsveçrədə yaşayır.