Hər avtomobilə düşən sığorta ödənişi açıqlandı - CƏDVƏL
2016-cı ilin fevral ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 616 sığorta tələbi üzrə 2 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Bu barədə İcbari Sığorta Bürosu açıqlama verib.
Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub.
2016-cı ilin fevral ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 175 manat təşkil edib. 2015-ci ilin fevral ayı ilə müqayisədə informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayında 9,5%, sığorta ödənişlərinin məbləğində isə 4,5% azalma müşahidə edilib. Fevral ayında İcbari Sığorta Bürosu tərəfindən 6 kompensasiya tələbi üzrə 28 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Fidan