01.03.2016
Avtodünya
Bu model Avropanın ən yaxşı avtomobili seçildi
Beş qapılı heçbek Opel/Vauxhall Astra 2016-cı il üçün Avropanın ən yaxşı avtomobili seçilib. Müsabiqənin nəticələri Cenevrədə hər il keçirilən avtosalonda elan olunub. Avropanın ən yaxşı avtomobilini 29 model içindən seçiblər. Onlardan yeddisi finala çıxıb. Opel Astra Volvo XC90 və Mazda MX-5 qabaqlayaraq birinci olub. “Car of the Year” müsabiqəsi 22 Avropa ölkəsindən 58 avtomobil jurnalistinin iştirakı ilə seçilir. Qiymətləndirmənin parametrləri kimi novasiya, dizayn və qiymətin keyfiyyətə nisbəti götürülür.
Müsabiqə 1964-cü ildən keçirilir. Keçən il ən yaxşı avtomobil “Volkswagen Passat” seçilmişdi. 2014-cü ilin ən yaxşı avtomobili isə “Peugeot 308” olmuşdu.
avropa.info