Yeni "Cadillac Escalade"

Yeni "Cadillac Escalade"

Yeni Cadillac Escalade yetərincə xarizmatik model avtomobil təsiri bağışlayır. Cars-az milli.az-a istinadən bildirir ki, bu modelin ESV variantı da var. ESV adi Escalade-dan təxminən 356 mm uzundur.

Yeni Escalade-da tənzimlənən, 2 fəaliyyət rejimli Magnetic Ride amortizatorları var.

Ağırlığı 2,6 ton olan avtomobil 6,2 litr həcmli, V formalı 8 silindrli, 409 at gücündə mühərriklə təchiz olunub.

Escalade modelinin "qısa" versiyasında yük yerinin həcmi 2668 litr, "uzun" versiyada isə 3424 litrdir.

6 pilləli sürətlər qutusu olan avtomobil şəhər şəraitində 100 kilometr yola 18 litr benzin sərf edir.

Modelin maksimal sürəti 190 km/saatdır.

http://img.milli.az/2015/06/18/351145_03.jpg

http://img.milli.az/2015/06/18/351145_10.jpg

http://img.milli.az/2015/06/18/351145_02.jpg

http://img.milli.az/2015/06/18/351145_06.jpg

http://img.milli.az/2015/06/18/351145_07.jpg

Dostlarınla paylaş


Şərhlər


Top