Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Röyanın ikinci dərəcəli yeni luks avtomobili

Röyanın ikinci dərəcəli yeni luks avtomobili

Röyanın ikinci dərəcəli yeni luks avtomobili

Röyanın ikinci dərəcəli yeni luks avtomobili

Müğənni Röya Ayxan sərgi keçirəcək Cars-az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Onlar"a açıqlamasında deyib: "Sənətə gəldiyim yollar hekayə kimi hazırlanıb. Burada nəyə dözdüm, nəyə dözmədim - əks olunub. Amma onu foto formasında düzəltmişik. Mərkəzlərin birində sərgi keçirəcəm və həmin şəkilləri nümayiş etdirəcəm. Düzdür, mən tamaşaçının gözü önündə böyüdüm. Nəyisə onlara göstərməyə ehtiyac yoxdur. Sadəcə, şəkillərlə o yolu xatırlayacağıq".

R.Ayxan bu yaxınlarda yeni avtomobil aldığını da bildirib: "Bu maşını uzaq yola gedərkən istifadə etməyə almışam. Əvvəl də belə addım atmışdım, amma onda gəzməyə hövsələm çatmırdı. Yenidən ondan aldım. Deyirəm, bəlkə, yaşım artıb, indi başqa cür düşünürəm. Gündüz maşın sürürəm, harasa çəkilişə gedəndə gücüm çatmır".

Ötən gün 33 yaşı tamam olan sənətçi təəssüratlarını da bölüşüb: "Allah məni çox sevib, enişli-yoxuşlu yollarım olub. Bu yolda tapdıqlarım da oldu, itirdiklərim də. Xoşbəxt olduğumu düşünüb, yarı yolda enənlər də oldu. Amma həyatımın geridə qalan hissəsinə baxanda orada ancaq gözəllikləri görürəm".

Dostlarınla paylaş


Şərhlər


Top