04.11.2015
Avtobazar
«Lada» sürənlərə şad xəbər - Möhtəşəm yenilik gəlir
“AvtoKonneks” şirkəti və “AvtoVAZ” “Lada Granta” avtomobilini mobil əlavə tərəfindən idarə etmək üçün idarəetmə sistemi hazırlayıblar. İkt.lent.az-ın “The Togliatti Room”a istinadən verdiyi məlumata görə, “mobil idarəetmə pultu” avtomobilin mühərrikinin distant olaraq qoşulması və ya söndürülməsinə, avtomobilin sazlığına nəzarət etməyə imkan verəcək. Bu sistem maşının hərəkəti zamanı sürətə və yanacağın səviyyəsi barədə məlumatlara nəzarət imkanı, mühərrikin əsas yerlərini diaqnostika etmək və avtomobil qaçırılması əleyhinə sistemi yoxlamağa da imkan yaradacaq. Sistemin tərtibatçıların sözlərinə görə, yaxın illər ərzində sistem bütün “Lada” alıcıları üçün keçərli olacaq.