04.11.2015
Avtobazar
Əlillərə avtomobillərin veriləcəyi tarix açıqlandı
Sentyabrın sonlarından etibarən növbədə duran əlillərə avtomibillərin verilməsinə başlanacaq.
Cars-az xəbər verir ki, bu barədə anspress-ə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev məlumat verib. Onun sözlərinə görə, ümümilikdə 400 ədəd avtomobilin verilməsi nəzərdə tutulub. Bunlardan 100 ədədi sentyabrın-15-ə kimi gətiriləcək. İlin sonuna kimi isə avtomobillər sahiblərinə növbəli şəkildə təqdim olunacaq. Elman Babayev onu da əlavə edib ki, avtomobil alacaq əlillərin siyahısı nazirliyin saytında yerləşdirilib.