04.11.2015
Avtobazar
6 qapılı “Audi”
“Audi” şirkəti 6 qapılı yeni avtomobilini təqdim edib. Cars-az fins-ə istinadən xəbər verir ki, bu yeni “A3 Cabrio” modelidir. Yeni 6 qapılı model 2007-ci ildən istehsal edilən əvvəlki nəsil “A3 Cabrio” üzərində hazırlayıb. Avtomobil səkkiz yerlikdir. 6 qapılı “A3 Cabrio” 17 düymlük disklərinin parlaq qara barmaqlığı ilə diqqət çəkir. Avtomobilin oturacaqları da qara rəngli dəri ilə üzlənib. Hələlik avtomobilin xüsusi müştəri və ya kütləvi istehsal üçün nəzərdə tutulduğu məlum deyil.