04.11.2015
Avtobazar
Bu da gələcəyin "Chevrolet"i – Benzinə SON
Çinin ən böyük şəhəri Şanxay şəhərində keçirilən avtomobil sərgisində nümayiş etdirilən "Chevrolet FNR" maşın həvəskarlarının zövqünü oxşayıb. Fənərləri və arxa işıqları kristaldan olan avtomobili idarə etmək üçün içərisində sürücüyə ehtiyac yoxdur. Avtomobil elektrik enerjisi ilə işləyir. Qapıları isə "Dragonlfy" adlandırılan formada açılır. Avtomobilin təkərləri maqnitik olduğu üçün maşın ehtiyacı olan elektrik enerjisinin bir qismini özü istehsal edə bilir. "Chevrolet FNR"in daha bir özünəməxsusluğu ondan ibarətdir ki, avtomobilin enerji yığması üçün heç bir kabelə ehtyacı yoxdur. Bundan başqa, avtomobildə radar və göz tanıma funksiyaları da mövcuddur.
anspress