Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaltdı

Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaltdı

Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaltdı

Gürcüstanın Statistika Xidmətinin məlumatına əsasən, Azərbaycan Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Cars-az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, ölkələr arasında ticarət dövriyyəsi 2015-ci ilin birinci rübündə 214.2 milyon ABŞ dolları təşkil edib.

Azərbaycana ixrac yarıdan çox azalıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.48% təşkil edib. Bu, əsasən Gürcüstandan Azərbaycana avtomobillərin ixracının azalması ilə bağlıdır. Belə ki, 2015-ci ilin birinci rübündə avtomobil ixracı 24.8 milyon ABŞ dolları təşkil edib. 2014-cü ilin yanvar-martında isə bu göstərici 79.8 milyon ABŞ dollar olub. Azərbaycandan Gürcüstana idxal 16.5% azalıb.

Gürcüstanın birinci ən böyük ticarət tərəfdaşı Türkiyədir (ticarət dövriyyəsi 360.9 milyon ABŞ dolları). Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı isə Çindir (192.1 milyon ABŞ dolları).

2015-ci ilin birinci rübündə Gürcüstanın xarici ticarəti 10% azalaraq 2.27 mlrd ABŞ dolları təşkil edib.

Nurlan

Dostlarınla paylaş


Şərhlər


Top