"BMW" velosiped buraxdı

"BMW" velosiped buraxdı

Ən lüks maşınların istehsalçılarından olan "BMW" yenilik edib. Bu dəfə şirkət velosiped hazırlayıb. "Cruise M-Bike" velosipedini rəsmi təqdim edib. Cars-az anspress-ə istinadən məlumat verir ki, ikitəkərli model unikal rama və eksklüziv "Austin Yellow Metallic" rəngindədir. "Cruise M-Bike"nin qiyməti 1099 avrodur. Eksklüziv model cəmi 500 ədəd buraxılacaq.

Modeli BMW brendinin rəsmi mağazasından internet vasitəsilə sifariş etmək olar.

Dostlarınla paylaş


Şərhlər


Top