-
Daha bir icra başçısının maşını 200-lə getdi – AA-001
Məhərrəm Quliyevin avtomobili yaşayış məntəqəsində 180-200 sürətlə kobud qayda pozub Ardını oxu
-
Sabirabad rayonunda körpü təmir edildi
Körpünün dəmir mühəccərləri də zəruri olan yerlərdə bərkidilib və rənglənib Ardını oxu
-
Bakıda məktəb şagirdlərini vuran avtobus sürücüsü saxlanılıb
10 yaşlı oğlan ölüb, qardaşı isə yaralanıb Ardını oxu
-
Sumqayıt yolundakı piyada keçidi sökülür + VİDEO
Artıq bu istiqamətdə işlərə start verilib və yeni dayaqların tikintisi aparılır Ardını oxu
Sürücülərin diqqətinə – Yol polisi bütün kameraları işə saldı – FOTOLAR
«İ-patrul» xidməti hərəkətli və hərəkətsiz qayda pozan bütün avtomobilləri 360 dərəcədə qeydə alır Ardını oxu
Sabahın hava proqnozu - 21 dərəcə isti olacaq
Martın 2-nə olan hava proqnozu açıqlanıb Ardını oxu
Avtomobildən 10 min manat oğurlamış şəxslər tutulub
Araşdırmalar davam etdirilir Ardını oxu
Neftçilər prospekti bulvara qatılacaq
"Bakının baş planı" adlanın bu layihədə paytaxtın sistemli inkişafı üçün çoxsaylı işlər nəzərdə tutulub Sumqayıt və Abşeron şəhərlərinin bir hissəsinin daxil olduğu, 282322 hektardan artıq ərazini əhatə edən "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi 2030-cu ilə qədər olan dövrü əhatə edir. "Bakının baş planı" adlanın bu layihədə paytaxtın sistemli inkişafı üçün çoxsaylı işlər nəzərdə tutulub. Сars-az bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən modern.az-a verilən məlumata görə, hazırda Nazirlər Kabinetində baxılan layihədə əsas məsələ sənaye müəssələrinin mərkəzdən kənara çıxarılmasıdır. "Bundan başqa, dənizkənarı bulvarın 25 km-ə qədər artırılması, sahil zolağı üzrə mövcud ərazinin 200 metrə qədər genişləndirilməsi və genişlənən ərazidə əyləncə obyektlər, isitrahət zonaları, park və bağların yaradılması, o cümlədən Bayıldan Nobel prospektinə qədər magistral yolun çəkilməsi və Neftçilər prospektinin piyada zonasına çevrilərək bulvara birləşdirilməsi, Dövlət Bayraq meydanı ilə yanaşı, neft muzeyi və akademiyasının, həmçinin müasir incəsənət muzeyi və tarix muzeyinin yaradılması təklif olunur. Layihədə həmçinin Türkan və Hövsan yaşayış məntəqələri ilə əlaqələndirilən və 2000 ha ərazini əhatə edən Yeni Türkan qəsəbəsinin də yaradılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33333,29 hektar ərazini əhatə edən "Məxsusi Bakının Ərazidən istifadə və zonalaşdırma planı" təşkil edir". Ardını oxu