Avtomobildən 10 min manat oğurlamış şəxslər tutulub

Avtomobildən 10 min manat oğurlamış şəxslər tutulub

Avtomobildən 10 min manat oğurlamış şəxslər tutulub

Bakıda avtomobillərdən oğurluqlar edən şəxslər tutulub. Сars-az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1972-ci il təvəllüdlü Asif Dadaşovdan 1,770 və 1986-cı il təvəllüdlü Kazım Əliyevdən 1,814 qram heroin götürülüb. Müəyyən edilib ki, onlar fevralın 3-də Nizami rayonu C.Naxçıvanski küçəsində Gülşən Həsənovaya və İ.Məmmədov küçəsində Fəridə Zeynalovaya məxsus “Hyundai” markalı avtomobillərdən, şüşəni sındırmaqla içərisində pul, sənədlər, qızıl-zinət və digər əşyalar olan əl çantalarını oğurlayıblar. Bundan əlavə, yanvarın 20-də Bakıxanov qəsəbəsi Sülh küçəsində Gülmirə Ağayevaya məxsus “Hyundai-Elantra” markalı avtomobildən içərisində 1000 manat, qızıl-zinət əşyaları, planşet və sənədlər olan əl çantasını, fevralın 28-də isə Vüqar Əsədova məxsus “KİA” markalı avtomobildən içərisində 10 min manat olan idman çantasını talayıblar.

Araşdırmalar davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top