01.03.2016
Gündəm
Putindən benzinlə bağlı fərman
Rusiya prezidenti Vladimir Putin benzin və dizel yanacağına aksiz vergisinin tətbiq olunması ilə bağlı fərman imzalayıb.
Сars-az "qafqazinfo"ya istinadən bildirir ki, bu barədə Kremlin saytında xəbər yerləşdirilib.
Fərmana əsasən, avtomobil benzininə tətbiq olunan aksiz vergisinə görə benzinin bir litri 2 rubl qalxıb, dizel yanacağının bir litri isə 1 rubl artıb.
Qeyd edək ki, Rusiya maliyyə nazirinin müavini Yuriy Zubarev bildirib ki, aksizin artırılması büdcəyə 75,4 milyard rubl gətirəcək.