Məqalələr

  • 57 yaşlı sürücü maşını aşırıb xəstəxanalıq oldu

    “Hyundai” markalı minik maşını yoldan çıxaraq aşıb Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı minik maşınının sürücüsü, 57 yaşlı Nəcəfov Çingiz İdris oğlu Qazax istiqamətində hərəkətdə olarkən maşının idarəetməsini itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ç. Nəcəfov  hadisə zamanı aldığı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirilər. Hadisənin dəqiq başvermə səbəbi araşdırılır. Ardını oxu

  • Şabranda 7 yaşlı oğlanı maşın vurub

    Hadisədən sonra azyaşlı Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib Bu gün Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şabran rayon sakini, 2008-ci il təvəllüdlü Ələkbərov Rəvan Ələkbər oğlunu maşın vurub. Hadisədən sonra azyaşlı Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.  Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar aparılır. Ardını oxu

  • Gəncədə maşın dərəyə aşdı: 3 yaralı

    “VAZ 2106” markalı avtomobil yolun kənarında olan dərəyə aşıb Gəncə şəhərinin şərq çıxışında avtomobil aşıb, yaralılar var. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə saat 16 radələrində Gəncə Avtovağzalının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 20 DH 426 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil yolun kənarında olan dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Ardını oxu

  • Avtobuslara qarşı kütləvi reydlərə start verildi – Şikayəti olanlar zəng etsin

    NİİM marşrut avtobusundan istifadə edən sərnişinlərə müraciət edib Ardını oxu

Top