Şabranda 7 yaşlı oğlanı maşın vurub

Şabranda 7 yaşlı oğlanı maşın vurub

Bu gün Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şabran rayon sakini, 2008-ci il təvəllüdlü Ələkbərov Rəvan Ələkbər oğlunu maşın vurub. Hadisədən sonra azyaşlı Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top