-
Bakıda avtobus sürücülərinə xüsusi nəzarət ediləcək
NİİM: Avtobus sürücüləri bilərəkdən bort avadanlığına müdaxilə edirlər Ardını oxu
-
Paytaxtda piyadanı maşın vurdu
Avtomobilin sürücüsü piyadanı özü xəstəxanaya gətirib Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yolu keçmək istəyən piyada 31 yaşlı Tural İmanovu "VAZ-21015" markalı avtomobil vurub. Avtomobilin sürücüsü piyadanı özü xəstəxanaya gətirib. "VAZ-21015" markalı avtomobilin sürücü izahatının alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir. Ardını oxu
-
Ziya Məmmədova daha bir zərbə
Vergilər Nazirliyinə külli miqdarda vergi borcu yaranan “İmpresa S.p.A” rəsmən müflis olub Azərbaycanda yol-infrastruktur layihələrində uzun müddət podratçı olmuş İtaliya şirkəti, Vergilər Nazirliyinə külli miqdarda vergi borcu yaranan “İmpresa S.p.A” rəsmən müflis olub. Şirkətin Azərbaycandakı layihə meneceri isə İnterpolun axtarışındadır və özünün dediyi kimi, heç bir günahı olmadığı halda “qurbanlıq quzu”ya çevrilib. Cars-az virtualaz.org-a istinadən xəbər verir ki, bu əhvalat haqda İtaliyanın “La Reppublica” qəzeti yazır. Əhvalatda “İmpresa S.p.A” şirkətinin Azərbaycandakı layihə meneceri Marko Di Giokomonun başına gələnlərdən bəhs edilir. Qəzet hazırda İnterpolun axtarışında olan bu italiyalı inşaat mühəndisinin başına gələnləri, onun Azərbaycan hökumətinə və İnterpola qarşı apardığı mübarizəni Kafkanın romanlarının süjeti ilə müqayisə edir. Ardını oxu
-
Bakıda toyda dava düşdü: tıxac yarandı
Hadisənin görüntülərini təqdim edirik Ardını oxu
Yol polisindən sürücülərə işıqfor müjdəsi
Yol nişanları və işıqforların görünməsinə əngəl yaradan maneələr aradan qaldırılır Bakıda sürücülərin yol nişanlarını, işıqforları görməsi, eləcə də yollardakı müşahidə kameralarının ətrafı izləməsi asanlaşacaq. Belə ki, artıq yol nişanları və işıqforların görünməsinə, həmçinin müşahidə kameralarının işinə əngəl yaradan maneələr aradan qaldırılır. Avtosferaz xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Bölmə rəisinin sözlərinə görə, bu məqsədlə paytaxtda yol kənarlarında yüzlərlə ağacın budanması işləri aparılıb: “Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsi əməkdaşlarının paytaxt ərazisində keçirdiyi reydlər zamanı bəzi yerlərdə ağacların budaqlarının yol nişanlarının, işıqforların görünməsinə, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyinə mane olduğu aşkar edilib. Bununla əlaqədar İdarənin rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Müraciətdən sonra nazirliyin Dövlət Ekspertiza İdarəsi müvafiq rəy verib. Həmin rəyin əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri ilə birgə tədbirləri nəticəsində şəhərdə yüzlərlə ağac budanıb. Bununla da yol kənarlarında yol nişanlarının və işıqforların rahat görünməsi, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyi təmin edilib. Artıq işlər sona çatmaq üzrədir”. Ardını oxu
Gədəbəydə «Lexus»u selin əlindən belə aldılar
Sel suları «Lexus»u aparmağa çalışsa da, sürücü buna imkan verməyib Ardını oxu
Təcili yardıma yol verməyi bu VİDEO-dan öyrənək
Ambulansa yol verməməyə görə sürücünü 100 manat və 3 cərimə balı gözləyir Ardını oxu
Bakıda «011» «Land Gruiser»i bir zərbəyə aşırdı – REAL VİDEO
«Land Gruiser» sola dönmək istəyərkən sol tərəfdən «011» onu vurub Ardını oxu