04.11.2015
Gündəm
Ziya Məmmədova daha bir zərbə
Azərbaycanda yol-infrastruktur layihələrində uzun müddət podratçı olmuş İtaliya şirkəti, Vergilər Nazirliyinə külli miqdarda vergi borcu yaranan “İmpresa S.p.A” rəsmən müflis olub. Şirkətin Azərbaycandakı layihə meneceri isə İnterpolun axtarışındadır və özünün dediyi kimi, heç bir günahı olmadığı halda “qurbanlıq quzu”ya çevrilib. Cars-az virtualaz.org-a istinadən xəbər verir ki, bu əhvalat haqda İtaliyanın “La Reppublica” qəzeti yazır. Əhvalatda “İmpresa S.p.A” şirkətinin Azərbaycandakı layihə meneceri Marko Di Giokomonun başına gələnlərdən bəhs edilir. Qəzet hazırda İnterpolun axtarışında olan bu italiyalı inşaat mühəndisinin başına gələnləri, onun Azərbaycan hökumətinə və İnterpola qarşı apardığı mübarizəni Kafkanın romanlarının süjeti ilə müqayisə edir.