-
Yol polisindən xanım sürücüyə qarşı kobudluq
Maşından düşməyən qadının başına görün nələr gəldi Hadisə 1 il əvvəl Rusiyada baş verib. Yol hərəkəti qaydasını pozan xanım sürücünü saxlayan yol polisi inspektoru ondan avtomobildən düşməsini xahiş edir. Elə hadisələr də bundan sonra baş verir: Ardını oxu
-
"Lider TV"nin avtomobili külə döndü
Hadisə Mikayıl Muşfiq Dairəsində baş verib Mikayıl Muşfiq Dairəsində hadisə baş verib. Cars-az xəbər verir ki, bu barədə oxucumuz Adil Kərimovun atv.az-a verdiyi xəbərə görə, telekanala məxsus xidməti maşın od tutub. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yalnız dəmirlərə şahid olub. Avtomobildən geridə qalan dəhşətli fotoları təqdim edirik: Ardını oxu
-
Bakının yollarında yağış-kanalizasiya quyuları təmizlənir
Payız-qış mövsümü ilə əlaqədar Ardını oxu
-
92 yaşında vəsiqə eşqinə düşdü
Betinin sürücülük vəsiqəsi üçün nəzərdə tutulan yekun imtahandan uğurla keçəcəyinə şübhə etmir 50 ildir sükan arxasına keçməyən qadın, 92 yaşında sürücülük vəsiqəsi almaq həvəsinə düşdü. Böyük Britaniyada Beti Couns adlı qadın ölkənin ən yaxşı sürücülük məktəbinə yazılıb. Cars-az atv.az-a istinadən xəbər verir ki, yarım əsr sonra yenidən maşın sürmək eşqinə düşən Beti təlim müəllimlərinin ilk gündən rəğbətini qazanıb. Hadersfild şəhərində yaşayan 92 yaşlı qadın əzmkarlığı ilə öyrənməyin heç vaxt gec olmadığını bir daha nümayiş etdirib. Ölkədə hamının marağına səbəb olan Beti, kifayət qədər yaşlı olsa da, sürücülük vəsiqəsi üçün keçməli olduğu kursları uğurla qavrayır. Kurslarda onun əlindən xəta çıxacağını düşünən təlim müəllimləri, potensial qəzanın qarşısını almaq üçün Betinin idarə etdiyi avtomobilin arxasınca başqa bir avtomobilin hərəkətdə olmasına qərar verib. Bununla belə, 92 yaşlı qadın hələ ki, hər hansı bir qəzaya səbəb olmayıb. Sürücülük vəsiqəsi almağı hər zaman arzuladığını deyən Beti, qısa zamanda arzusunun reallaşacağından əmindir. Onun avtomobil idarə etməsindən razı qalan müəllimləri, Betinin sürücülük vəsiqəsi üçün nəzərdə tutulan yekun imtahandan uğurla keçəcəyinə şübhə etmir. Ardını oxu
Müğənni avtomobil qəzasına düşdü
İfaçının avtomobilinə maddi ziyan dəyib “Bangır Bangır” mahnısı ilə rekord qıran türkiyəli müğənni Gülşənə nəzər dəyib. Cars-az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur popçunun və sevgilisi Ozan Doğulunun içində olduğu maşın qəzaya uğrayıb. İfaçının avtomobilinə maddi ziyan dəyib. Qəza zamanı jurnalistlərin çəkdiyini görən ifaçı maşından düşməyərək üzünü saçıyla gizlətməyə çalışıb. Ardını oxu
ETSN: Bakı avtovağzalının qarşısındakı sürüşmə sahəsi aktivləşib
Masazır və Zığ qəsəbələrindəki sürüşmə sahələrində də nisbətən aktivlik qeydə alınıb Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi aktivləşib. Cars-az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov apa-ya bildirib ki, yağmurlu hava şəraiti davam edəcəyi təqdirdə sürüşmə sahəsi daha da aktivləşə bilər. Dəstə rəisi əlavə edib ki, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində və Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki sürüşmə sahələrində də nisbətən aktivlik qeydə alınıb. R.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər klassik sürüşmə sahələrində hələlik sabitlikdir. Ardını oxu
Bakıda yeni avtobus xətləri açılır
Xəttin nə vaxt istifadəyə veriləcəyi dəqiq məlum deyil Ardını oxu