04.11.2015
Gündəm
Bakıda yeni avtobus xətləri açılır
"Baku Bus" tərəfindən yaxın günlərdə yeni marşrut xətləri istifadəyə veriləcək. Cars-az xəbər verir ki, bu barədə "Baku Bus"dan verilən məlumata görə, yaxın günlərdə 2 nömrəli marşrut xətti istifadəyə verilməsi nəzərdə tutulur. Xəttin nə vaxt istifadəyə veriləcəyi dəqiq bəlli olmasa da, yeni avtobus "20 Yanvar" metrostansiyasından - Milli Arxiv İdarəsi (Ziya Bünyadov prospekti) istiqaməti üzrə hərəkət edəcək. Həmçinin 3, 7 və 14 saylı marşrut xətlərinin də istifadəyə verilməsi planlaşdırılır.
3 saylı xətt üzrə müəyyənləşdirilən avtobusların "Azadlıq" metrostansiyası - "Elmlər Akademiyası", 7 saylı marşrutların Ziya Bünyadov prospekti - Arxiv İdarəsi - 20-ci Sahə, 14 saylı marşrutun isə Xətai istiqamətində hərəkəti nəzərdə tutulub.