Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Yağışlı hava davam edəcək PROQNOZ
Yağışlı hava davam edəcək PROQNOZ

Yağışlı hava davam edəcək PROQNOZ

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 8-12, gündüz 13-16 dərəcə, dağlıq rayonlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top