04.11.2015
Gündəm
Azərbaycan beynəlxalq aviasiya sərgisində iştirak edəcək
Azərbaycan ikinci dəfə noyabrın 8-12-də Dubayda keçiriləcək "Dubai Airshow 2015" beynəlxalq aviasiya sərgisində iştirak edəcək. Cars-az "report"-a istinadən xəbər verir ki, Azərbaycanı aviatexnikanın təmiri və təkmilləşdirilməsində ixtisaslaşan "Azairtechservice" şirkəti təmsil edəcək. Həmçinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun da sərgiyə gedəcəyi gözlənilir.