04.11.2015
Gündəm
Bakı metrosu ilə 162 milyondan çox sərnişin daşındı
Cari ilin 9 ayında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Cars-az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 162,4 milyon nəfərə çatıb. Komitədən bildirilib ki, nəqliyyatçılar 1 milyard 380 milyon sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 11,8%-i metro ilə daşınıb.