04.11.2015
Gündəm
Sumqayıt yolunda dəhşət– Dəmir lövhə sürücünün ayağını qopardı – FOTO
Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda qorxunc yol qəzası baş verib. Cars-az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində ölən olmayıb. Sürücü ayağını itirib. «Tofaş» markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə dəyib. Dəmir lövhə avtomobilin ön tərəfindən girərək arxasından çıxıb. Nəticədə dəmir lövhə sürücünün ayağını kəsib.
Həmin qəzadan fotoları təqdim edirik.
Fərid