Məqalələr

  • «Baku Bus»un avtobusunda hoqqabazlıq edən sərnişinin VİDEOsu

    Lazımsız yerə qəza düyməsini basan sərnişin avtobusun hərəkətinə mane olub Ardını oxu

  • İcbari sığorta elektronlaşdırılır

    Dəyişiklikdən sonra nağdsız ödənişlər stimullaşdırılacaq Azərbaycanın sığorta sistemində nağdsız dövriyyənin həcminin artırılması istiqamətində ciddi addımlar atılır. “İcbari sığortalar haqqında” qanuna ediləcək dəyişiklikdən sonra nağdsız ödənişlər stimullaşdırılacaq. Cars-az-ın ıctnews.az-a istinadən məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin iclasında Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin (DSN) rəisi Namiq Xəlilov məlumat verib. Onun sözlərinə görə, elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola bilər. Eyni zamanda, bu, sığorta haqlarının azalmasına imkan verəcək. “Ona görə də hesab edirəm ki, sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər. Təkliflərdən biri də ondan ibarətdir ki, sığorta haqları birbaşa sığortaçının bank hesabına yönəldilsin. Bütün bunlar sığorta bazarında nağdsız ödənişlərin həcmini artıracaq və beləliklə də ödəniş sistemlərinin təkmilləşdirilməsi baş verəcək. Hazırda isə sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı kifayət qədər yüksəkdir”. Ardını oxu

  • "Jeep"lə "07" toqquşdu - Sürücü qaçdı

    "VAZ"-da olan sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar Bu gecə saat 00:30-da radələrində, Gəncə şəhərin Zülfü Hacıyev küçəsində yol qəza hadisəsi baş verib. Cars-az Region TV-yə istinadən xəbər verir ki, “Jeep” markalı avtomobillə “VAZ 21 07”nin toqquşması nəticəsində "VAZ"-da olan sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Digər nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan sonra avtomobili və yaralıları hadisə yerində qoyaraq qaçıb. Hazırda sürücünün kimliyi müəyyənlişdirilir. Ardını oxu

  • Sürücülərin diqqətinə - Deputat sərt cəzalardan danışdı

    Maşını içkili halda idarə edən şəxs 400 manat cərimə olunacaq Ardını oxu

Bakı-Qazax yolunda piyada qız vurulub

Bakı-Qazax yolunda piyada qız vurulub

Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir rayonu Muxtariyyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Səhrət İsmayılov idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməl istəyən Keçili kənd sakini, 1989-cu il təvəllüdlü Aişə Nağıyevanı vurub. Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Ardını oxu

Yol terroru - 2 ölü, 5 yaralı

Yol terroru - 2 ölü, 5 yaralı

Hadisələr daha çox bölgələrdə baş verir Ardını oxu

Sürücülərə şad xəbər; Avropa və Türkiyə sistemi Azərbaycanda  

Sürücülərə şad xəbər; Avropa və Türkiyə sistemi Azərbaycanda  

Bir il ərzində avtomobillə bağlı nə xərciniz olsa «Tuf Azərbaycan» çəkəcək Ardını oxu

Top