Məqalələr

Şənbə gününün yol qəzaları: 2 ölü, 10 yaralı

Şənbə gününün yol qəzaları: 2 ölü, 10 yaralı

Ölümlə nəticələnən qəzalar Naxçıvanda Sumqayıtda baş verib Dekabrın 19-da Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, şənbə günü ölkə yollarında ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 2 nəfərdən başqa daha 10 nəfər də yaralanıb. Ölümlə nəticələnən qəzalar Naxçıvan MR Babək rayonunda və Sumqayıt şəhərində baş verib. Hər iki qəza nəticəsində piyadalar həyatını itirib. Hər bir fakt üzrə müvafiq araşdırmalar aparılır. Ardını oxu

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi

Vaqif Əsədov: "Toy karvanında avtomobil sayının çox olması yolverilməzdir" Toy mövsümünün başlaması paytaxtda yenidən tıxaclara səbəb olub. Şadlıq saraylarının qarşısında qanunsuz parklanmalar DYP-ni hərəkətə keçirib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yol polisi toy karvanları ilə əlaqədar nəzarəti gücləndirəcək. "Toy karvanları həddən artıq qayda pozuntularına yol açır. Qanunsuz parklanmalar, işıqforun qırmızı işığında keçmələr, təhlükəli manevrlər yollarda qəza riskini artırır. Bu isə paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur"- deyə polkovnik qeyd edib. Vaqif Əsədov bildirib ki, toy karvanında avtomobil sayının çox olması yolverilməzdir. Ardını oxu

Tanınmış məşqçi avtomobilinə OO seriyalı nömrə aldı

Tanınmış məşqçi avtomobilinə OO seriyalı nömrə aldı

Kamil Zeynallı nömrənin fotosunu İnstagram səhifəsində paylaşıb Ardını oxu

Top