20.12.2015
Avtodünya
Tanınmış məşqçi avtomobilinə OO seriyalı nömrə aldı
Tanınmış məşqçi Kamil Zeynallı öz avtomobilinə yeni dövlət nömrə nişanı alıb. Cars-az xəbər verir ki, bununla bağlı fotonu İnstagram səhifəsində paylaşan Kamil bu sözləri yazıb: «Deyərlər ki, xeyirli olsun Kamilim – 019».
Qeyd edək ki, Kamil Zeynallının aldığı yeni nömrə nişanı 10 OO 019-dur. Bu nömrənin dövlət rüsumu 22 manatdır. OO seriyalı nömrəni isə hər kəs ala bilmir…
Emin